ABŞ Qolana görə beynəlxalq xəritəni dəyişdi - FOTO

17-04-2019, 19:08           
ABŞ Qolana görə beynəlxalq xəritəni dəyişdi - FOTO
ABŞ Prezidenti Donald Trampın Qolan təpələrində İsrailin suverinliyini tanımasından sonra ABŞ yeni beynəlxalq xəritə tərtib edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt Tvitter hesabında qeyd edib. Ceyson yeni xəritənin fotosunu paylaşaraq, "Qolan təpələrində İsrail suverenliyinin tanınmasıyla bağlı bəyanatdan sonra beynəlxalq xəritə sistemimizdəki yeni əlavəyə xoş gəldiniz",- sözlərini qeyd edib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Suriyanın Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru