Trampa yaxın kanaldan inanılmaz açıqlama! - Berni Sandersdən 7 faiz az səs topladı

19-04-2019, 00:00           
Trampa yaxın kanaldan inanılmaz açıqlama! - Berni Sandersdən 7 faiz az səs topladı
ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Fox News "2020-ci ildə kimə səs verərdiniz?” başlıqlı sorğu keçirib. Sorğunun nəticələrinə görə, ABŞ prezidenti Donald Tramp 2007-ci ildən bəri Vermont ştatından senator seçilən müstəqil siyasətçi, solyönümlü ictimai xadim Berni Sandersdən 7 faiz az səs toplayaraq ikinci olub.

Sorğunun nəticələrinə görə, prezident Tramp 40%, 77 yaşlı Berni Sanders isə 47% səs toplayıb. 17-20 mart tarixində 1.002 nəfər arasında həyata keçirildiyi bildirilən sorğunun Trampa yaxın kanal olan “FOX News” tərəfindən yayımlanması diqqəti cəlb edib.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.