Trampdan SENSASİON İDDİA - Prezidentliyimin sonu gəldi

18-04-2019, 22:56           
Trampdan SENSASİON İDDİA - Prezidentliyimin sonu gəldi
Bu gün ABŞ-ın Baş prokuroru Riçard Barr 2016-cı ildə keçirilmiş prezident seçkilərində Donald Tramp və yaxud başqa amerikalıların Rusiya ilə hər hansı sövdələşməsinin olmadığını açıqladı.

Faktor.az xəbər verir ki, Baş prokuror Rusiyanın seçkilərə müdaxilə səylərinin mahiyyətini açıqladığına görə xüsusi prokuror Robert Müllerə təşəkkür edib.


O, seçkilər zamanı rusiyalı hakerlərin hərəkətlərinə, oğurlanmış sənədlərin daha sonra “DC Leaks”, “Lucifer”, “WikiLeaks” saytlarında yerləşdirilməsinə Donald Trampın qərargahının heç bir aidiyyəti olmadığını qeyd edib.

Baş prokurorun açıqlamasından sonra Tramp tvitter səhifəsində “Oyun artıq bitdi” yazıb.

Lakin Müllerin ictimaiyyətə açıqlanan 400 səhifəlik hesabatı çox maraqlı detalları ortaya çıxarıb. Məlum olub ki, Robert Müllerin 2017-ci ilin mayında xüsusu prokuror təyin edildiyini öyrənən ABŞ prezidenti “bu mənim prezidentliyimin sonudur” deyib.

“Aman Tanrım. Bu çox pisdir. Bu mənim prezidentliyimin sonudur. Bittim. Hər kəs mənə, “əgər bu xüsusi səlahiyyətli prokurorlardan biri təyin olunarsa, bunlar sənin prezidentliyini məhv edər" dedi. Bu istintaq bir neçə il davam edər və mən heç bir şey edə bilmərəm. Bu başıma gələn ən pis şeydir”, - hesabatda Trampdan sista gətirilib.(publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru