“Bandera qəhrəmandır və bu, normaldır” - Zelenski

19-04-2019, 00:47           
“Bandera qəhrəmandır və bu, normaldır” - Zelenski
Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski «RBK-Ukrayna» nəşrinə müsahibəsində Stepan Banderaya münasibətindən danışıb.

«Dekommunizasiyaya necə yanaşırsınız?» – sualına, namizəd «nomal» cavabını verib: «Ümumilikdə, mən dekommunizasiyaya normal yanaşıram. Cəmiyyət seçib və normaldır».

Zelenskinin fikrincə, ictimaiyyət artıq özünün qəhrəmanlarını formalaşdırıb və Stepan Bandera da onlardan biridir.
«Stepan Bandera – ukraynalıların müəyyən faizi üçün qəhrəmandır və bu, normaldır, əladır. O, Ukraynanın azadlığını qorumuş insanlardan biridir» - deyə, şoumen qeyd edib.

Ancaq Zelenski bu fikirdə olduğunu bildirib ki, çoxsaylı küçə və körpülərin onun adı ilə adlandırılması «heç də düzgün deyil».

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru