“ABŞ dövlət katibi dəli olub…” – Çin şübhələnir…

19-04-2019, 02:49           
“ABŞ dövlət katibi dəli olub…” – Çin şübhələnir…
Çinin diplomattk korpusunda ehtimal edirlər ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo dəli olub.

Aprelin 15-də mətbuat konfransının gedişində Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lu Kan Pompeonun Çilidə səsləndirdiyi ittihamlarını «əsassız» adlandırıb.

Qeyd edək ki, Pompeo Venesueladakı vəziyyəti şərh edərkən Çinin «maliyyə təcavüzü»ndən və Rusiyanın hərbi təcavüzündən bəhs edib və bildirib ki, Çinin təcavüzü və kreditləri Latın Amerikasını «yeyir».

«Çin tez-tez «yeyici kapital»ı iqtisadiyyatın qan dövranı sisteminə yeridir ki, bu da yaxşı rəhbərləri «yeyir» və korrupsiya doğurur».

Pompeoya görə, Rusiya və Çin Latın Amerikasında «borc tələsindən istifadə edir». Bununla yanaşı, Pompeo Cənubi Amerika qitəsində yeni «demokratiyalaşma dalğası»ndan dəm vurub.

Xatırladaq ki, ABŞ-ın «irəli sürlüyü» bundan əvvəlki belə dalğa Yaxın Şərqi bürüyüb və özündən sonra milyonlarla insan cəsədi, məhv edilmiş şəhərlər və qovulmuş xristianlar qoyub. Hesab etmək olar ki, indi bütün bunları Cənubi Amerika gözləyir.

Açıq görünür ki, indi ABŞ-ın nişangahında Kuba və Nikaraquadır. O, Rusiya və Çini bu ölkələri dəstəkləməkdə günahlandırır.

Lu Kan ABŞ DD başçısını Çinlə Latın Amerikası arasında «ədavət toxumu səpmək»də günahlandırıb və onun hərəkətlərini «məsuliyyətsiz və mənasız» adlandırıb. Çin nümayəndəsi həm də ABŞ-ın Latın Amerikasındakı fəaliyyətini xatırladıb – ABŞ hakimiyyəti uzun müddət onları özünün «arxa həyəti» hesab edib: «Yalan – yalan olaraq qalacaq, hətta min dəfə təkrarlansa da. Bununla əlaqədar olaraq, yaxşı olar ki, «müsyo Pompeo «bir qərdər fasilə» versin».

ÇXR-nın Çilidəki səfiri Soy Bu Pompeonun «La Tercera» nəşrinə verdiyi bəyanatı şərh edərkən belə bir ehtimal irəli sürüb ki, Pompeo «dəli olub». Diplomat hesab edir ki, ABŞ dövlət katibi özünün anti-Çin bəyanatları ilə «həddindən artıq irəli gedib».

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.