Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb

20-04-2019, 00:23           
Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb
ABŞ-ın "Microsoft" şirkətinin banisi Bill Qeyts sərvətinin miqyasına görə 20 il əvvəlki göstəricilərə nail olub və 100 milyarddan çox dollar qazanıb.

Bu barədə "Report" "Forbes"ə istinadən xəbər verir.

Bildirilir ki, Qeytsin sərvəti şirkətin səhmlərinin 120-dən 123 ABŞ dollarına qədər bahalaşmasından sonra 100 milyard dolları ötüb.

Bu halda o, dünyanın ən zəngin insanlarının siyahısında "Amazon"un banisi Ceff Bezosdan geri qalır. Bezosun sərvəti 153,2 milyard dollar təşkil edir. Amma məsələ ondadır ki, xanımı Makkenzi ilə boşandıqdan sonra o, sərvətinin dörddə birini qadına verəcək.

Bill Qeyts "Microsoft"un əsasını 1975-ci ildə dostu Pol Allenlə birlikdə qoyub. Şirkət beş il ərzində dünyanın ən böyük istehsalçısı olub. "Microsoft"un 103 milyon səhmi var.

Daha əvvəl "Microsoft"un təsisçisi 2018-ci ilin ən yaxşı hesab etdiyi beş kitabının adını paylaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru