Çində möhtəşəm parad: Bu silahlar ilk dəfə göstərilir

20-04-2019, 09:41           
Çində möhtəşəm parad: Bu silahlar ilk dəfə göstərilir
Çin aprelin 23-də keçiriləcək hərbi-dəniz paradında ilk dəfə ictimaiyyətə yeni tipli hərbi gəmilərini nümayiş etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Çin Hərbi Dəniz Qüvvələrinin komandirinin müavini Çyu Yanpen danışıb.

“Hərbi paradda “Lyaonin” təyyarədaşıyan gəmisi, həmçinin yeni tip atom sualtı qayığı, yeni tip gəmilər, döyüş təyyarələri iştirak edəcək”, - Yanpen mətbuat konfransında çıxışı zamanı deyib.

Qeyd edək ki, 22-25 aprel tarixlərində Çindao şəhərində Çin Xalq Qurtuluş Ordusunun Hərbi Dəniz Qüvvələrinin 70 illiyi münasibətilə təntənəli mərasim keçiriləcək. Mərasimdə 60 ölkənin nümayəndə heyətləri iştirak edəcək. Bundan əlavə aprelin 23-də Çindaonun hava məkanı və akvatoriyasında parad təşkil olunacaq. Bu paradda 10-dan artıq ölkənin 20 hərbi gəmisinin iştirak edəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru