ABŞ uzun müddət Ukraynadan çıxmayacaq - RƏSMİ

20-04-2019, 10:15           
ABŞ uzun müddət Ukraynadan çıxmayacaq - RƏSMİ
ABŞ Ukraynaya dəstək göstərməyə davam edəcək.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda tvitter səhifəsində ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Ukraynada sabah keçiriləcək prezident seçkilərini şərh edən Volker qeyd edib ki, ABŞ bu ölkəyə uzun müddət üçün gəlib. Volkerin sözlərinə görə, Vaşinqtonun əsas vəzifəsi güclü, demokratik, çiçəklənən və təhlükəsiz Ukraynanın dəstəklənməsidir.

O həmçinin Krım da daxil olmaqla, Ukrayna sərhədlərinin yenidən tamamilə bərpasının vacib olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru