Misir prezidenti yəhudiləri “qul” adlandırdı: ”Sizi İnterpolun axtarışına vermişik, tərk etdiyiniz Misirə qayıdın...”

20-04-2019, 17:41           
Misir prezidenti yəhudiləri “qul” adlandırdı: ”Sizi İnterpolun axtarışına vermişik, tərk etdiyiniz Misirə qayıdın...”
Misir prezidenti, feldmarşal və gələcək firon Abdel-Fəttah Əs-Sisi dünya birliyini İsraildən tapılan qazla birlikdə, qaçaq yəhudi xalqını da Misirə qaytarmağa çağırıb. O, olduqca qeyri-ciddi təkliflə çıxış edib ki, bu da dünya mediasının diqqətini çəkib.

Savash.org-un məlumatına görə, Misir XİN artıq İnterpola yəhudilərin axtarışını elan edib. Misir Maliyyə Nazirliyinin nümayəndəsi könüllü şəkildə geri qayıdacaqları təqdirdə, yəhudilərə min illərlə işdən yayınmaları nəticəsində ölkə büdcəsinə dəymiş ziyanı ödəməyəcəklərinə dair söz verib.

Piramidaların üçbucaqlılığınının zəmanətçisi fikrini belə izah edib: “Anlamaq lazımdır ki, Əlahəzrət II Tutmus yəhudilərə azadlıq əta edəndə, Yaxın Şərqin siyasi xəritəsi indikindən tam fərqli idi. Yəhudi qullar - ölkə tariximizin ayrılmaz hissəsidir. Bu o demək deyil ki, biz kiminləsə müharibə etməyə hazırlaşırıq. Sadəcə qayıdın və yenidən sizinlə qardaş xalqlar olaq”.

Misirdə qulluğa qayıdış prosesinin uzun və ağrılı olduğunu anlayırlar. Qulların absorbsiyası üzrə mütəxəssislər Misirə yalnız azadlığın dadını bilməyən insanların daxil olması üçün yəhudilərin yenidən 40 il səhra boyunca sürüləcəyini də istisna etmirlər. İsrailin Xarici İşlər Nazirliyindən isə misirli həmkarlarına ironik cavab verilərək, uzun illərdir bu məsələ üzərində ciddi işlədiklərini bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.