Robert De Niro yenə Donald Tramı söydü

21-04-2019, 00:05           
Robert De Niro yenə Donald Tramı söydü
ABŞ-ın məşhur kinoulduzu, iki dəfə Oskar mükafatına layiq görülən Robert De Niro prezident Donald Trampa qarşı növbəti dəfə kobud və sərt ifadələr işlədib.

"The Guardian" qəzetinin verdiyi məlumata görə, De Niro Stiven Kolbertin şou proqramında Ağ Evin sahibini “fərsiz” və “qanqsterlərin örnək götürdüyü adam” adlandırıb.

Hollivud ulduzu hətta D. Trampa bir dəfə şans verdiyini də söyləyib.

“Mən bunu Tramp seçildikdən sonra bildirmişdim. Mən hər kəsə təqsirsizlik prezumpsiyası bəxş edirəm. Bu oğlan (prezident) isə əsl əfəl olduğunu göstərdi”,-deyə De Niro bildirib.

Robert De Niro proqramda Donald Trampı “səfeh” adlandırmadan çəkinməyib.

Stiven Kolbert insanların qanqster janrına heyran olduğunu xatırladıb. Kinoaktyor cavabında cinayətkar tiplərin hər kəsə xoş gəldiyini, buna görə də Ağ Evdə oturan şəxsin qansterlər üçün ilham mənbəyi olduğunu deyib.

“Lakin hətta qatillərin və canilərin belə mənəviyyatı və əxlaqı var. Onların xüsusi məcəlləsi mövcuddur. əgər birinə söz vermişsinizə bu sizin dünyada malik olduğunuz dəyəri göstərir. Bu oğlan isə hətta dəyərin nə olduğunu da bilmir”,-deyə aktyor qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru