Fransanın məşhur şirkəti hicablı işçiyə görə cərimələndi

21-04-2019, 00:00           
Fransanın məşhur şirkəti hicablı işçiyə görə cərimələndi
Fransada hicab bağladığına görə işdən çıxarılan qadına 23 min avro təzminat ödəniləcək. AzEuroNews.com xəbər verir ki, bu barədə Fransanın Versailles Temyiz Məhkəməsi qərar qəbul edib.

Məlumatda deyilir ki, Fransanın məşhur “Micropole” şirkəti 10 il əvvəl hicab bağladığına görə Asma Bounaoil adlı qadını işdən çıxarıb.

Şirkəti məhkəməyə verən qadın 10 il boyunca proseslərə qatılıb. Nəhayət ötən gün Versailles Temyiz Məhkəməsi işlə bağlı qərarını açıqlayıb.

İndi sözügedən şirkət A.Bounaoilə 23 min avro təzminat ödəməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru