“Qırmızı papaq” və” Yatmış gözəl” nağıllarına qadağa qoyuldu – İLGİNC SƏBƏB
21-04-2019, 10:13

İspaniyanın Barselona şəhərində “Qırmızı papaq” və” Yatmış gözəl” nağıllarına qadağa qoyulub. “Taber” məktəbinin valideyn komitəsinin nümayəndəsi Anna Tusun fikrincə,sözügedən nağıllar “seksizm”in təzahürüdür və uşaqlarda kişi və qadın funksiyaları haqda stereotip təsəvvürlərin formalaşmasına xidmət edir.
Savash.org-un məlumatına görə, hazırda həmin nağılları Barselona kitabxanalarından yığışdırırlar. Barselonadakı digər təhsil müəssisələri də sözügedən məsələyə biganə qalmayıb, onlar da “Taber” in valideyn komitəsinə dəstək olub. Tus kitablarda qadının kişiyə öz xilaskarı kimi yanaşmasına əsaslanan “vaxtı keçmiş (əskimiş)”davranış modeli gördüyünü bəyan edib.
İctimaiyyət hətta Məğlubedilməz Georginin qorxunc əjdahanı ram edib çar qızını xilas etməsindən də hiddətlənib. Rəvayətin müasir variantı təklif olunur,həmin versiyaya görə, Georginin əvəzinə Georgina Barselonada bərabərlik məsələsində önə çəkilir.
Bu ispan şəhərində gender bərabərliyi məsələlərinə dair valideyn komitələrinin yaradılması nəzərdə tutulur. Amma məktəblərdə adı çəkilən kitabları rəflərdən yığışdırmaq fikrində deyillər. Təhsil müəssisələri nümayəndələri xatırladır ki, uşaqlar ətrafda baş verən hadisələrə tənqidi yanaşmağı bacarır və “qızları aşağılayan” süjetləri özləri aşkar etmək iqtidarındadırlar.