Gürcüstanın Pankisi dərəsində toqquşmalar:onlarla insan xəsarət alıb

21-04-2019, 22:12           
Gürcüstanın Pankisi dərəsində toqquşmalar:onlarla insan xəsarət alıb
Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Mərkəzi Departamentinin direktor müavini Mamuka Çelidze bildirib.

“Hazırda olan məlumata görə, 27 nəfər tibbi yardım alıb. Onlardan 12-i yerli sakinlər, 15-i polis əməkdaşlarıdır. Daxili İşlər Nazirliyinin 8 əməkdaşı klinikalara aparılıb.

Qeyd edək ki, yerli sakinlər Pankisi dərəsində yeni “Hadori-3” hidroelektrik stansiyasının inşasına qarşı çıxırlar. Onlar tikintinin dayandırılmasını tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru