Saakaşvili Poroşenkonun uduzmasını belə qeyd etdi – Video

22-04-2019, 07:42           
Saakaşvili Poroşenkonun uduzmasını belə qeyd etdi – Video

Mixail Saakaşvili Ukraynada keçirilən seçki ilə bağlı “ekzit-poll”un nəticəsi açıqlanandan dərhal sonra “Live” kanalının suallarına canlı yayımda cavab verib.

Axar.az xəbər verir ki, Saakaşvili seçkinin nəticəsini artıq qeyd etdiyini vurğulayıb və şərab qədəhini efirdə nümayiş etdirib.

Zelenskinin ilk növbədə baş prokuroru dəyişməsinin vacibliyini önə çəkən Saakaşvili Ukraynanı mafiyaların idarə etdiyini və yeni hakimiyyətin buna qarşı ən kəskin şəkildə mübarizə aparması gərəkdiyini vurğulayıb.

Sabiq prezident Ukraynada vəzifə təklifi olacağı halda dəyərləndirəcəyini də istisna etməyib. Belə ki, o, Zelenskinin bir müddət əvvəl onunla əlaqə saxladığını deyib:

“Mən deyil, Zelenski özü mənimlə işləmək istədiyini demişdi”.

Maraqlı olduğunu nəzərə alaraq, Saakaşvilinin müsahibəsinin tam videosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru