İRANDAN RUSİYA QIRICILARINA VİZA
24-04-2019, 16:51

İran parlamentinin mətbuat nümayəndəsi Əli Larincani Rusiyanın Həmədandakı hava bazasından istifadə eləməsi qərarının ləğv edilmədiyini söyləyib. İran ilə Rusiyanın terrorçuluğa qarşı mübarizədə müttəfiq olduğunu vurğulayan Larincani Rusiya qırıcılarının Həmədandakı Şəhid Nojeh Bazasından sadəcə yanacaq doldurulması məqsədilə istifadə etdiyini də deyib.
Suriyadakı vəziyyətdən asılıdır
Məsələ ilə bağlı açıqlama verən Rusiya Müdafiə Nazirliyi mətbuat katibi İqor Konaşenkov deyib: “Suriyadakı terrorçu ünsürlərə qarşı mübarizədə, İrandakı Həmədan bazasından istifadə edən bütün Rusiya qırıcıları öz xidmətlərini yerinə yetiriblər”. Bazadan gələcəkdə terrorla mübarizə üçün istifadə barədə ikitərəfli razılaşmalar əsasında istifadə ediləcəyini bildirən Konaşenkov veriləcək qərarların Suriyadakı vəziyyətdən asılı olacağını vurğulayıb.
“Hələlik” dayandırılıb
İran XİN mətbuat katibi Bəhram Qasımi də bazadan idarə edilən hava əməliyyatlarının “hələlik” dayandırıldığını və gələcəkdəki istifadə şəklinin terrorçuluğa qarşı mübarizə ilə bağlı bir sıra birgə razılaşmalar çərçivəsində qiymətləndiriləcəyini bildirib. Qasımi bu bazalardan istifadənin Suriyadakı vəziyyətdən və İranın icazəsindən asılı olduğunu söyləyib.
BMT-nin razılığına ehtiyac yoxdur
Rusiya Hava Qüvvələrinə məxsus Tupolev Tu-22M3 uzun mənzill strateji hücum təyyarələri ilə Sukhoi SU-34 qırıcılarının ötən həftənin əvvəlində Suriyadakı bəzi hədəfləri İrandakı Həmədan hava bazasından havaya qalxaraq uçması ABŞ-ın etirazına səbəb olmuşdu. ABŞ nümayəndələri Rusiyanın İrana qarşı silah transferləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarını pozduğunu iddia eləmişdilər. Buna cavab olaraq Rusiya MN nümayəndəsi Mixail Ulyanov, bazadan ikitərəfli razılaşmalar əsasında istifadə edildiyini və bunun üçün BMT-nin razılığına ehtiyac olmadığını vurğulayıb.
Hurriyyet.org