Putin və Kim Çen Inın görüşündə razılıq əldə edilməyib

27-04-2019, 00:09           
Putin və Kim Çen Inın görüşündə razılıq əldə edilməyib
Liderlər mətbuata qapalı şəkildə 2 saatdan çox müzakirələr aparıb
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında Vladivostokda baş tutan görüş zamanı heç konkret razılaşma əldə olunmayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"İkitərəfli münasibətlərə dair bir sıra məsələlər istisna olunmaqla hər hansı bir konkret razılaşma əldə olunmayıb", - deyə Uşakov vurğulayıb.

O, qeyd edib ki, liderlərin danışıqları olduqca faydalı olub: "Tərəflər Koreya yarımadasında vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə ediblər".

Qeyd edək ki, Vladimir Putin və Kim Çen In rəsmi olaraq ilk dəfə aprelin 25-i görüşüb. Liderlər mətbuata qapalı şəkildə 2 saatdan çox müzakirələr aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru