İŞİD Şri-Lankadakı partlayışlara görə məsuliyyəti üzərinə götürdü

28-04-2019, 09:26           
İŞİD Şri-Lankadakı partlayışlara görə məsuliyyəti üzərinə götürdü
İŞİD terror qruplaşması aprelin 26-sı Şri-Lankanın şərqində baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, Kalmunay şəhərində polislərlə toqquşmalarda 3 İŞİD üzvü iştirak edib, onlar daha sonra üzərlərində olan partlayıcını işə salıblar.

Terror qruplaşması bildirir ki, nəticədə 17 polis əməkdaşı həlak olub, lakin terror aktları ilə qruplaşmanın bağlılığını əks etdirən sübutlar göstərməyib.

Xatırladaq ki, aprelin 26-sı Şri-Lankanın Kalmunay şəhərində 3 partlayış baş verib. Partlayışlardan son 20 nəfər şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd edək ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində 250-260 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru