“Çirkli neft” probleminin həllinə başlanıldı - Cinayət işi açıldı

28-04-2019, 09:30           
“Çirkli neft” probleminin həllinə başlanıldı - Cinayət işi açıldı
Rusiyada çirkli neftin tədarükü ilə bağlı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu bəyanatı “Transneft” şirkəti yayıb. Şirkət çirklənmənin bilərəkdən həyata keçirildiyini və xam neftin daha çox kiçik müəssisələrin fəaliyyət göstərdiyi “Samaratransneft” terminalında çirklənməyə məruz qaldığı bildirilib. Hazırda bu kiçik müəssisələrin ofislərində yoxlamalar aparıldığı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Belarus Rusiyadan neft alışını dayandırıb. Analoji addımı Polşa da atıb. Neft idxalının dayanmasına səbəb kimi Rusiyanın ixrac etdiyi neftin həddən artıq çirkli olması göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru