Putindən maraqlı Saakaşvili açıqlaması

29-04-2019, 23:01           
Putindən maraqlı Saakaşvili açıqlaması
Rusiya lideri: "Saakaşviliyə Ukrayna pasportunun qaytarılması ədalətli olardı"

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşviliyə Ukrayna pasportu qaytarmaq ədalətli olardı. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Azadlığa gəldikdə, bu, olduqca əhəmiyyətli andır. Bu məsələdə yaxşı olardı ki, Rusiya və rusiyalılardan deyil, məsələn gürcülərdən başlanılardı - sabiq gürcülərdən. Məsələn, əvvəl gürcü olan, bu gün isə özünü ukraynalı hesab edən şəxsə Ukrayna pasportunu qaytarmaq ədalətli olardı. Saakaşvilini nəzərdə tuturam" - deyə Putin "Əmək qəhrəmanı" medallarının təqdim olunmasından sonra jurnalistlərə açıqlamasında bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.