Yaponiya imperatoru Akihito taxtını tərk edəcək

30-04-2019, 01:19           
Yaponiya imperatoru Akihito taxtını tərk edəcək
Yaponiya imperatoru Akihito bu gün könüllü şəkildə taxtını tərk edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, imperator taxtı böyük oğuluna, varis şahzadə Naruhitoya verəcək.

Bununla əlaqədar olaraq hökmdarın Tokionun mərkəzindəki sarayında unikal – dini və dünyəvi mərasimlər keçiriləcək.

Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşdirilmiş, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.

2017-ci ilin dekabrında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru