Pentaqon rəsmisi: İŞİD terrorçularının öz sıralarına yeni üzvlər toplamalarına imkan verilməməlidir

30-04-2019, 05:27           
Pentaqon İŞİD rəhbəri Əbu Bəkir əl-Bağdadinin son 5 il ərzində ilk videomüraciətinə reaksiya verib.
Pentaqon rəsmisi: İŞİD terrorçularının öz sıralarına yeni üzvlər toplamalarına imkan verilməməlidir
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Pentaqon nümayəndəsi Şon Robertson bildirib ki, ABŞ İŞİD-in birdəfəlik darmadağın edilməsi üzərində işini davam etdirəcək.

O, həmçinin qruplaşmanın maliyyələşdirilməsi yollarının qarşısını almağın zəruriliyini qeyd edib. Şon Robertson habelə terrorçuların öz sıralarına yeni üzvlər toplamalarına imkan verməməyə çağırıb.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib. Əbu Bəkir əl-Bağdadi həmçinin müraciətində İŞİD döyüşçülərinin öldürülməsində və onların tutulmasında iştirakı olan insanlardan qisas alacağını söz verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.