Terror və qeyri-leqal miqrasiya artacaq – ŞOK XƏBƏRDARLIQ

30-04-2019, 07:37           
Terror və qeyri-leqal miqrasiya artacaq – ŞOK XƏBƏRDARLIQ
Venesuelada dövlət çevrilişini həyata keçirmək cəhdləri terror təhlükəsi və qeyri-leqal miqrasiyanın artmasına gətirib çıxara bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu bildirib.

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsində çıxış edən nazir qeyd edib ki, bəzi ölkələrin şəxsi maraqlara görə Venesuelada rejimin dəyişdirilməsi üzrə cəhdləri regionda sosial vəziyyətin pisləşməsinə gətirib çıxarıb. Şoyqu Yaxın Şərq və Afrikanın şimalında belə xarici hərəkətlərin nəticələrini xatırladıb və Venesuelada belə ssenarinin inkişafı barədə xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.