Medvedev Paşinyana lağ etdi – VİDEO

1-05-2019, 22:12           
Medvedev Paşinyana lağ etdi – VİDEO
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyana lağ edib. Diplomatik etiketə uymayan kuryoz hadisə bir gün əvvəl Yerevanda baş verib.

İclas zamanı Paşinyan “ başqa sual yoxdursa, biz keçə bilərik”,- deyə Medvedevin üzünə baxaraq pauza verib. Medvedev isə gülərək “Yox. Hara keçək?” deməklə Paşinyanı çaşdırıb.

Paşinyan ətrafdakıların gülüşündən pərt olaraq “ Sənədlərin imzalanması proseduruna”,- deyə cavab verib.

Rusiya nümayəndə heyəti bu anları gülüşlə qarşılayıb. Ermənistanda sosial şəbəkələrdə yayılmış bu videogörüntülərdə Medvedevin Paşinyanı qəsdən pərt etməsi hiss olunur.

Qeyd edək ki, Dmitri Medvedev Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün aprelin 29-da Yerevana səfər edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru