ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cənubi Koreyaya səfər edəcək

2-05-2019, 07:44           
ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cənubi Koreyaya səfər edəcək
Cənubi Koreya və ABŞ gələn həftə Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqanın Seula səfərinə son hazırlıq işləri görürlər.

Trend-in məlumatına görə, iki ölkənin xarici işlər nazirlikləri 8-10 May tarixlərində planlaşdırılan səfərin yekun detallarını müzakirə edirlər.

Seulda ABŞ-ın xüsusi nümayəndəsi Cənubi Koreyalı həmkarı Li Do Hun ilə "işçi qrupunun" görüşünü keçirəcək. Orada S.Biqa Koreya yarımadasında təhlükləsizlik sahəsində son vəziyyəti və həmçinin Vaşinqton və Pxenyan arasında denuklearizasiya haqqında danışıqların bərpa olunması müzakirə edəcək.

Gözlənilir ki, tərəflər Cənubi Koreya tərəfində KXDR-ya humanitar yardım göstərilməsi məsələsinə toxunacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru