ABŞ F-35-ləri döyüşə göndərdi - İlk dəfə

2-05-2019, 08:49           
ABŞ F-35-ləri döyüşə göndərdi - İlk dəfə
Birləşmiş Ştatların hərbi hava gücləri F-35 beşinci nəsil qırıcının F-35A variantını ilk dəfə döyüşdə tətbiq edib.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, iki F-35A qırıcısından aprelin 30-da İraqın şimal-şərqində silah-sursatın gizlədildiyi və İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər şəbəkəsinə aviazərbələr endirib.

Hücumun müvəffəqiyyətli olub-olmadığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, F-35 tipli təyyarələrdən daha əvvəl bir neçə dəfə döyüşdə istifadə olunub. Belə ki, dünyada ilk dəfə aviazərbələrin endirilməsi üçün onlardan 2018-ci ilin mayında İsrail istifadə edib. İsrailin silahlanmasında 14 ədəd F-35A təyyarəsinin olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru