İranlı general qonşu ölkələrə xəbərdarlıq etdi

2-05-2019, 10:59           
İranlı general qonşu ölkələrə xəbərdarlıq etdi
"İran regionda müharibə arzulamır"

İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.

Bunu İran İslam Respublikasının "Xatəmul Ənbiya" qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib

“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.

O bildirib ki, İran regionda müharibə arzulamır:

“Çünki, bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə hər zaman təcavüzkara qarşı dayanmaq gücünə malikik”.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru