Koalisya qüvvələri Suriya dövlətinə neft daşıyan TANKERLƏRİ VURDU

7-05-2019, 19:55           
Koalisya qüvvələri Suriya dövlətinə neft daşıyan TANKERLƏRİ VURDU
ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiya qüvvələri Suriyanın Deyr-əz Zor rayonunda YPG/PKK işğalındakı bölgədən Suriya hökumət qüvvələrinn nəzarəti altında olan ərazilərə neft daşıyan tankerləri havadan pulemyotlarla vurub. Bununla da tankerlərdəki neft yükünü ələ keçiriblər. Tankerləri daşıyanlar isə hadisə yerindən qaçıblar. İŞİD-ə qarşı koalisiya məsələ ilə bağlı hələlik açıqlama verməyib.

ABŞ-ın dəstəklədiyi terror təşkilatı Suriyadakı neft mənbələrinin 70 faizini işğalı altında saxlamaqdadır. YPG/PKK, işğal elədiyi sahələrdəki neftin bir qismini Fərat çayının üzərindən daşıyaraq Suriya hökumətinə satır, daha dəqiqi, Suriyanın öz neftini özünə satır.

PKK/YPG təşkilatı ilə B.Əsəd hökuməti 2018-ci ildə İraq sərhədindəki Deyr-əz Zor rayonunda təşkilatın işğalı altında olan neft yataqlarının istismarı üçün danışıqlar aparmağa başlamışdı.

Bu çərçivədə aralarında rus mütəxəssislərin də olduğu Suriya heyəti YPG/PKK-nın işğal etdiyi və ölkənin ən böyük neft sahəsi olan Əl Ömərə səfər eləmişdi.

Hökumətin nəzarəti altındakı ərazilərdə fəaliyyət göstərən şirkətlər YPG/PKK-dan aldıqları nefti daha sürətli şəkildə nəql eləmək üçün bu ilin fevral ayında terrorçuların işğalı altında olan Şuheyldən, hökumətin nəzarəti altındakı Bukrisə boru xətti çəkmişdilər.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru