Dollarda hərf səhvinə yol veriblər – Foto

9-05-2019, 20:28           
Dollarda hərf səhvinə yol veriblər – Foto
Avstraliya Rezerv Bankı (RBA) milli valyutanı hərf səhvi ilə çap edib. Dövriyyəyə 50 dollarlıq 46 milyon belə əskinas buraxılıb.

Bizimyol.info xəbər verir ki, pulun üzərindəki kiçik mətndə hərf səhvinə yol verilib. Əskinasda əksini tapan Avstraliya parlamentində ilk qadın deputat kimi tarixə düşmüş Edit Koenin fikrindəki “responsibility” (məsuliyyət) sözündə axırıncı “i” hərfi çapda “itib” və nəticədə “responsibilty” yazılıb. Hərçənd, bu səhvi ilk baxışdan görmək asan deyil.

Dollarda hərf səhvinə yol veriblər – FotoCNN-in məlumatına görə, bankın səhvdən xəbəri var. Amma həmin əskinaslar dövriyyədən çıxarılmayacaq. RBA-dan pulların hüquqi qüvvəsini saxladığı bildirilib.

50 dollarlıq əskinaslar keçən il çap olunmuşdu. RBA bu dəfə saxtakarlıqdan qaçmaq üçün ən müasir müdafiə elementlərindən istifadə etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru