Pentaqon: ABŞ Türkiyəyə F-35-dən də başqa sanksiyalar tətbiq edə bilər

18-06-2019, 16:00           
Pentaqon: ABŞ Türkiyəyə F-35-dən də başqa sanksiyalar tətbiq edə bilər
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən ABŞ-ın Ankaraya qarşı planlaşdırdığı maddi sanksiyaları daha da böyüdəcəyi iddia edilib. İddiaya görə, nəzərdə tutulan sanksiyalar təkcə F-35 qırıcısının hissələrini istehsal edən türk firmalarına deyil, digər müdafiə sənayesi təşkilatlarını da əhatə edəcəkdir.

ABŞ müdafiə nazirinin müavini Ellen Lord Paris şəhərindəki çıxışında Türkiyənin NATO-nun mühüm bir müttəfiqi hesab elədiklərini, lakin Rusiyadan S-400 sistemlərinin alınacağı təqdirdə, F-35 hərbi təyyarələrinin mühüm hissələrini istehsal edən türk şirkətləri ilə yanaşı, ABŞ müdafiə sənayesi üçün istehsalla məşğul olan digər şirkətlərə də sanksiyalar tətbiq edilə biləcəyini bildirib.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru