Parisdə dayanacaqlar meşələrlə əvəzlənəcək - FOTO

19-06-2019, 06:59           
Parisdə dayanacaqlar meşələrlə əvəzlənəcək - FOTO
Fransanın paytaxtı Paris şəhərində dayanacaqları "şəhər meşələri" ilə əvəz etməyə hazırlaşırlar.

"Report" "AvroPlus"a istinadən xəbər verir ki, Fransa paytaxtının meriyası 2020-ci ilin sonuna kimi şəhərdə dörd meşə sahəsinin yaradılması planını açıqlayıb.

Qeyd edilir ki, şəhər meşələrində şam ağacları, tozağacları və başqa ağaclar əkiləcək. "Şəhər meşələri" Paris meriyasının , "Qarne Operası" teatrının, Lion vağzalının qarşısında, habelə Sena sahili boyunca salınacaq.

Bitkilər hazırda yol hissələri və ya avtomobil dayanacaqlarının tutduğu yerlərdə əkiləcək. Meşələrin özləri həmçinin piyada yolları və skamyalarla təchiz olunacaq.

Meriyada əlavə ediblər ki, bu, Parisi 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarında daha çox "yaşıl şəhər" etmək layihəsinin vəzifələrindən biridir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru