Avropanın ən uzunömürlü qadını İtaliyada vəfat edib - FOTO

19-06-2019, 07:10           
Avropanın ən uzunömürlü qadını İtaliyada vəfat edib - FOTO
Avropanın ən uzunömürlü qadını Cüzeppina Robuççi İtaliyada 116 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Poco-İmperial şəhərinin meri Alfonso D Aloizio məlumat yayıb.

Mer həmyerlisi ilə fəxr etdiyini bildirib. Qeyd edilir ki, Robuççi 1903-cü ildə doğulub. O, Birinci və İkinci Dünya müharibələrinin şahidi olub. Qadının 5 övladı, 9 nəvəsi, 16 nəticəsi var.

Cüzeppina Robuççi yeddi il əvvəl Poco-İmperial şəhərinin fəxri meri adına layiq görülüb. "Peppa" adlandırılan qadın son günlərə qədər özünü yaxşı hiss edib. O, hətta mayda Avropa Parlamentinə seçkilərdə səs də verib.

Qeyd edək ki, Cüzeppina Robuççi Avropanın ən uzunömürlü, planetin ikinci ən qoca qadını sayılırdı.

Yerli mətbuatın yazdığına görə, qadın bir vaxtlar uzunömürlülüyünün səbəbini spirtli içki içməməklə, sağlam qida və Allaha inanmaqla əlaqələndirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru