Donald Tramp özünün prezident seçkiləri kampaniyasına rəsmən start verib

19-06-2019, 07:26           
Donald Tramp özünün prezident seçkiləri kampaniyasına rəsmən start verib
ABŞ prezidenti Donald Tramp rəsmi olaraq bildirib ki, o, 2020-ci ildə Birləşmiş Ştatların lideri seçkilərinin gedişatında ikinci müddətə namizəd olmaq niyyətindədir.

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Floridada tərəfdarları qarşısında çıxışında bildirib.

"Bu axşam mən rəsmən sizin qarşısında ikinci müddətə Birləşmiş Ştatların prezidenti vəzifəsinə seçki üzrə öz kampaniyamın başlandığını elan edirəm", - deyə o bildirib.

Trampın sözlərinə görə, onun prezident seçildiyi 2016-cı il "tarixdə xüsusi an olub".

O, həmçinin bildirib ki, Ağ Evə daxil olduğun ilk gündən kimin onu bura göndərdiyini unutmayıb.

"Söz verə bilərəm ki, sizi heç vaxt pis vəziyyətdə qoymayacağam", - deyə Amerika prezidenti vəd verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru