BMT Qaşıqçı ilə bağlı HƏR ŞEYİ AÇDI: Dərhal Türkiyədən…

19-06-2019, 16:44           
BMT Qaşıqçı ilə bağlı HƏR ŞEYİ AÇDI: Dərhal Türkiyədən…
Səudiyyə ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının İstanbul konsulluğunda qətlə yetirilməsinin məsuliyyəti məhz Səudiyyə Ərəbistanının üzərinə düşür.

Bunu BMT-nin xüsusi reportyoru Aqnes Kallamard cinayətlə bağlı hazırladığı sənəddə qeyd edib.

Kallamard bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyədən üzr istəməlidir.

Sənəddə yer alan maddələr:

– Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanı dövlətinin məsuliyyət daşıdığı məhkəməsiz edamdır.

– Səudiyyə Ərəbistanı diplomatik üstünlüklərindən sui-istifadə etməsinə görə Türkiyə hökumətindən üzr istəməlidir.

– ABŞ Qaşıqçı cinayətinin araşdırılması üçün Federal Təhlükəsizlik Bürosunda istintaq başlatmalıdır.

– Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin də daxil olduğu ali səviyyəli nümayəndlərin istintaqa cəlb olunması üçün dəlillər mövcuddur.

– BMT-nin baş katibi Antonio Quterres Qaşıqçının qətli ilə bağlı cinayət dosyesi açmalıdır.

– Qaşıqçının öldürülməsi ilə bağlı sanksiyalar Məhəmməd ibn Salman və onun xaricdəki mülklərini əhatə etməlidir. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru