Məşhur doktordan Merkelin titrəməsi ilə bağlı AÇIQLAMA - VİDEO

21-06-2019, 07:20           
Məşhur doktordan Merkelin titrəməsi ilə bağlı AÇIQLAMA - VİDEO
İngiltərədə fəaliyyət göstərən məşhur doktor Mike Fitzpatrik Almaniyanın baş naziri Angela Merkelin rəsmi qarşılama mərasimi zamanı titrəməsinə münasibət bildirib. AzEuroNews.comxəbər verir ki, o, ingilis mediasına verdiyi açıqlamada A.Merkelin yalan dediyini söyləyib. Onun sözlərinə görə, bədənin suya ehtiyacı olması zamanı belə titrəmə olmur: “Görüntüləri izlədim. Bədənin suya çox ehiyacı olduğu zaman bu cür reaksiaya vermir. Bu ciddi bir xəstəlikdir. Yüksək hərarət də, belə titrəməyə səbəb olmur”.

Məlumat üçün bildirək ki, ötən gün Almaniyanın baş naziri Angela Merkel Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyi rəsmi qarşılama mərasimi zamanı qəfildən titrəməyə başlayıb.

Merkel jurnalistlərə açıqlamasında bildirib ki, 3-4 stəkan su içdikdən sonra yaxşılaşıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.