Senat ABŞ-ın Ər-Riyada silah satışı planlarına qarşı qətnamə qəbul edib

21-06-2019, 07:23           
Senat ABŞ-ın Ər-Riyada silah satışı planlarına qarşı qətnamə qəbul edib
ABŞ Senatı Ər-Riyada silah satışı üzrə planlarına qarşı qətnamə qəbul edib.

ABŞ Konqresinin Senatı Birləşmiş Ştatların razılığı olmadan Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinə silah satışı üzrə saziş bağlamasının dayandırmasını tələb edən 22 qətnaməni qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Bloomberg" yazıb.

Qətnamələri senatorların yarıdan çoxu təsdiq edib.

Qanuna əsasən, ABŞ-ın Müdafiə Nazirliyi Konqresi digər ölkələrə silah satışı və ya onların hərbi təchizatı planları barədə məlumatlandırmalıdır.

Mayın 24-də ABŞ-ın Dövlət katibi Maykl Pompeo fövqəladə hüquqdan istifadə edərək və qanunvericilərin razılığı olmadan "İranın təcavüzünün qarşısının alınması" üçün İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanına 8,1 milyard dollar dəyərində silah satışı üzrə 22 sazişin bağlanılması prosesini başa çatdırmaq barədə qərar qəbul etdiklərini bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.