Qərb Səudiyyədən üz döndərir: Ər-Riyad narahatdır

21-06-2019, 09:05           
Qərb Səudiyyədən üz döndərir: Ər-Riyad narahatdır
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Böyük Britaniya məhkəməsinin Ər-Riyada silah satışı qadağasına etiraz edib.

Axar.az xəbər verir ki, bununla bağlı XİN rəhbəri Adil Cübeyr bəyanatla çıxış edib. O bildirib ki, ərəb koalisiyasına silah satışının qadağan edilməsi İrana fayda gətirəcək:

“Koalisiya qanuni müharibə aparır və dövlətin qanunlarına uyğun olaraq, İranın və İrana bağlı qüvvələrin strateji ölkələri tutmasına mane olur”.

Qeyd edək ki, dünən İngiltərə Kassasiya Məhkəməsi Səudiyyəyə silah satışını qadağan edib.

Bundan əlavə, ABŞ Senatında demokratlarla respublikaçılar da Ər-Riyada 8 milyardlıq silah satışını nəzərədə tutan qətnaməyə qarşı çıxıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru