Sellofan torbalarla bağlı QƏRAR - İstifadə edən 67 min dollar cərimə ödəyəcək

2-07-2019, 17:12           
Sellofan torbalarla bağlı QƏRAR - İstifadə edən 67 min dollar cərimə ödəyəcək
Yeni Zelandiyada birdəfəlik istifadə üçün nəzərdə tutulan sellofan torbaların qadağası qanunu qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Ekologiya naziri Euqenie Saqe danışıb.

Nazir bildirib ki, qadağa çaylarda, axar sularda, yağış suyu sistemlərində və okeanlarda çirklənmənin qarşısını almaq üçün qəbul olunub: “Beləliklə, dəniz quşları, balıqlar, tısbağalar və dəniz məməliləri daha yaxşı yaşayacaq. Bu qadağa ölkənin zibillərlə mübarizəsində yeni addımdır. Yenidən istifadə olunması üçün nəzərdə tutulan torbalardan istifadəyə başlanacaq və milyonlarla təkistifadəlik torbaların zibilə çevrilməsinin qarşısı alınacaq”.

Qanunu pozan marketlər 67 min dollar cərimə ödəməli olacaq.

Sellofan torbaların qadağası ilk dəfə 2002-ci ildə Banqladeşdə qüvvəyə minib. Qadağanın ən qatı olduğu ölkə Keniyadır. Bu ölkədəki qanuna görə, sellofan torba istifadə edən, istehsal edən və ya satanlar 4 il həbs cəzasına məhkum edilir və ya 38 min dollar cərimə ödəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru