Almaniyalı naziri AK-nın rəhbəri vəzifəsinə namizədliyini Makron irəli sürüb

3-07-2019, 06:34           
Almaniyalı naziri AK-nın rəhbəri vəzifəsinə namizədliyini Makron irəli sürüb
Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyini Fransa Prezidenti Emmanuel Makron irəli sürüb.

Report xəbər verir ki, bu barədə məlumatı Bilt nəşri öz mənbələrinə istinadən yazıb. Nəşr bildirib ki, nazirlə prezidetin görüşü cari ilin iyun ayında Le-Burje aviasalonunda, almaniya-fransa birgə istehsalı olan qırıcı təyyarəsinin prototipinin təqdimatında baş tutub.

Hər iki siyasətçini müdafiə sahəsində Avropa siyasətinin möhkəmləndirilməsi və vahid Avropa ordusunun yaradılması düşüncəsi birləşdirir.

Avropa Parlamentinin almaniyalı naziri bu vəzifəyə sentyabr ayında təsdiq edəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.