ABŞ-da Ağ Evin qarşısında toqquşma olub, həbs edilənlər var - FOTO

5-07-2019, 07:37           
ABŞ-da Ağ Evin qarşısında toqquşma olub, həbs edilənlər var - FOTO
ABŞ-da Müstəqillik Gününda Ağ Evin yanında üç nəfər ölkə bayrağını yandırıb.

Bu barədə “Report” “Washington Examiner” qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, həmin şəxslər bu əməllərinə görə həbs edilib. Məlumata görə, hadisə ABŞ lideri Donald Trampın Avram Linkolnun Memorialına gəlişindən 1 saat əvvəl baş verib.

Bayrağı solçu fəallar yandırıblar. Onlar həmin vaxt dövlət əleyhinə şüarlar da səsləndiriblər. Hadisə sağçılarla solçular arasında toqquşmaya səbəb olub. Polis hətta Ağ Evin ətrafındakı ərazinin bir hissəsini əhatəyə alıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru