“Biz də Britaniya gəmisini ələ keçirəcəyik” – İran 6-07-2019, 00:06 İran Böyük Britaniyaya məxsus tankeri ələ keçirməyə hazırdır.Trend-in məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərindən biri Möhsün Rezayi deyib.O bildirib ki, Böyük Britaniya Tehrana məxsus olan “Grace 1” tankerini qaytarmayanadək İran eyni addımı ata bilər.Xatırladaq ki, iyulun 4-də Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Cəbəllüttariq boğazında İran neftini Suriyaya daşıyan tankeri ələ keçirib. Facebook-da paylaş