İŞİD "Avropanın 11 Sentyabrı"nı niyə törətdiyini açıqladı (FOTO)

15-11-2015, 10:20           
İŞİD "Avropanın 11 Sentyabrı"nı niyə törətdiyini açıqladı (FOTO)
İŞİD Fransada niyə terror hücumu həyata keçirdiyini açıqlayıb.

ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumatına görə, terror təşkilatı peyğəmbərin təhqirinə və Fransanın Suriyadakı hava hücumlarında iştirak etdiyinə görə terror aktlarının həyata keçirildiyini bəyan edib.

Təşkilat hücumların Fransanın hazırkı siyasəti davam etdirdiyi müddətə qədər davam edəcəyini bildirib. Bu terror aktını isə onların Fransaya bir xəbərdarlıq mesaji olduğunu deyiblər.

İŞİD-ə yaxın saytlar terror aktını “Avropanın 11 Sentyabrı” kimi şərh ediblər. Parisdə isə hücumu həyata keçirən terrorçulardan biri həbs edilərkən “mən İŞİD-in üzvüyəm” deyə şuar səsləndirib.

Parisdə təhlükəsizlik tədbirləri

Fransanı qana bulayan terror aktı nəticəsində polisin açıqladığı rəqəmlərə görə, 128 nəfərin öldüyünü bildirilir. Amma qeyri – rəsmi məlumatlarda ölü sayının 153 olduğunu qeyd edilir.

Fransada matəmə səbəb olan terror aktları “Bataclan” incəsənət mərkəzində və onun konsert zalında, həmçinin "Kamboca" restoranında, “Le Karilyon” və "Bellek Ekip" barlarında, “Les Halz” ticarət mərkəzində, Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.