Parisdə 12 ölkənin vətəndaşları terror aktlarının qurbanı olub

15-11-2015, 10:28           
Parisdə 12 ölkənin vətəndaşları terror aktlarının qurbanı olub
Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, terror aktlarının qurbanları arasına Əlcəzair, Belçika, Böyük Britaniya, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis, ABŞ və Fransa vətəndaşları var.

Bu barədə məlumatlar Fransa rəsmi qurumlarının açıqlamalarında əks olunub.

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru