NASA-da illik ən yüksək əməkhaqqı məlum olub

12-08-2019, 08:16           
NASA-da illik ən yüksək əməkhaqqı məlum olub
NASA-da illik ək yüksək əməkhaqqı təqribən 155 min dollara (ayda təqribən 13 min dollar) çatır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NASA-nın Beynəlxalq Kosmik Stansiyaya (BKS) illik ekspedisiyaya gedən sabiq astronavtı Skott Kelli deyib.

"Mövcud şəbəkəyə əsasən, NASA astronavtları ən yaxşı halda GS-15 federal işçi dərəcəsinə iddia edə bilərlər ki, bu da hərbidə polkovnik və ya dəniz kapitanı rütbəsinə bərabərdir. Bu mövqelərdə illik əməkhaqqı təqribən 155 min dollardır", — deyə o bildirib.

Astronavt NASA-nı 2016-cı ildə BKS-ya ekspedisiya da daxil olmaqla, fəzaya 4 uçuş etdikdən sonra tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru