İran prezidenti ilə Almaniya kansleri nüvə sazişini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

25-09-2019, 07:20           
İran prezidenti ilə Almaniya kansleri nüvə sazişini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani Almaniya kansleri Angela Merkel ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı İran hökumətinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, tərəflər nüvə sazişini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Digər tərəfdən Almaniya ilə İran arasında əməkdaşlığın gücləndirilməsi, birgə hərtərəfli tədbirlər planı, bölgədə gərginliyin azaldılması üçün görüləcək tədbirlər və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.

Merkel və Ruhani arasındakı görüş, Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumların arxasında rəsmi Tehranın olması ilə bağlı irəli sürülən ittihamlar fonunda baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru