Türkiyə, İran, Rusiyanın Xarici İşlər nazirləri Suriyanı müzakirə ediblər

25-09-2019, 07:22           
Türkiyə, İran, Rusiyanın Xarici İşlər nazirləri Suriyanı müzakirə ediblər
ABŞ-da BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Suriya münaqişəsinin həllinə dair Astana prosesinin zəmanətçi ölkələri olan Türkiyə, İran, Rusiyanın Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında görüş keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Nazirlər Suriyada mövcud olan döyüş bölgələrini, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə ediblər.

Tərəflər Suriyakı humanitar böhran barədə fikir mübadiləsi aparıb, ölkəyə beynəlxalq yardımın artırılmasının vacibliyini qeyd ediblər. Nazirlər suriyalıların “siyasiləşmədən və ön şərt olmadan” daimi yaşayış yerlərinə qayıtması prosesinə dəstək verilməsini də diqqətə çatıdırıblar.

Diplomatlar Suriyada Konstitusiya Komitəsinin tezliklə yaradılaraq fəaliyyətə başlaması məramına sadiq olduqlarını təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru