Putin gecəni Yerevanda keçirməkdən imtina etdi

25-09-2019, 16:15           
Putin gecəni Yerevanda keçirməkdən imtina etdi
Oktyabrın 1-də Yerevanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitinə cəmi bir neçə gün qaldı, lakin həm görüş, həm də yüksək səviyyəli qonaqların gəlişi ilə bağlı bir çox qarışıq hadisələr baş verir: xüsusilə Putinin qarşıdakı səfəri erməni isteblişmentini qəfil yaxalayıb.

Virtualaz.org bildirir ki, bunu “Qraparak” qəzeti yazıb.

"Əvvəllər heç vaxt olmayıb ki, Vladimir Putin Ermənistanda planlaşdırılan tədbirə hətta yarım saniyə belə geciksin, bu dəfə görüşü səhər başlamağı planlaşdırırdıq, amma indi uzağı günortaya planlaşdırılır, Putin günortadan sonra gələcək və ehtimal var ki, iclas günorta saatlarında başlayacaq”,-deyə Xarici İşlər Nazirliyindəki mötəbər bir mənbə nəşrə bildirib.

Nəşrin yazdığına görə, erməni tərəfi hər şeyi edib ki, V.Putin Ermənistana, gecəni qalmaqla, bir gün əvvəl gəlsin, lakin heç iclasın səhər keçirilməsi barədə də razılıq əldə olunmayıb: o, sammitin plenar iclasında iştirak edib, geri qayıdacaq.

“Hazırda heç nə aydın deyil. Problem ondadır ki, ilk gündə bir tərəfdən, bütün qonaqlar Avrasiya Forumunda iştirak etməlidirlər, digər tərəfdən ayrıca iclas olmalıdır, ancaq hələ onların ardıcıllığı da müəyyənləşdirilməyib.

Üstəlik, tədbirin sentyabrın 30-da başlayacağı da istisna olunmur. Bir sözlə, hazırda heç nə sonadək dəqiq məlum deyil",-deyə nəşrə bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.