İsrail prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşırıb

26-09-2019, 09:31           
İsrail prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşırıb
İsrail prezidenti Reuven Rivlin çərşənbə günü "Likud" Partiyasının lideri Binyamin Netanyahuya 17 sentyabr seçkilərinin nəticəsinə görə koalisyon hökumət formalaşdırmağı tapşırıb.

Bu barədə TASS-a istinadən xəbər verilir.

"Mən sizə hökuməti formalaşdırmaq imkanını vermək barədə qərar qəbul etdim", - Rivlin Qüdsdə Prezident Dəftərxanasında keçirilən mərasim zamanı Netanyahuya müraciət edərək deyib.

"Biz "Likud" başçısına birinci koalisiyanı formalaşdırmaq imkanını veririk, sabahkı gündən etibarən sizin 28 gün vaxtınız var, - deyə prezident davam edib. Dövlət başçısı qeyd edib ki, bu müddət daha 14 gün uzadıla bilər.

Əgər Netanyahu bu vaxt ərzində koalisiyanı formalaşdıra bilməsə, Rivlin bu imkanı Knessetin 22-ci çağırışının başqa deputatına verəcəyini bildirib.

İsrail parlamentinə (Knesset) keçirilən seçkilərin yekun nəticələrinə görə, “Kaxol Lavan” bloku qanunverici orqanda 33, Likud Partiyası 32, Ərəb Birliyinın Siyahısı 13, ŞAS (İsrailin Ultra-Dini Siyasi Partiyası) 9, Bizim Evimiz İsraildir Partiyası 8, “Yadut a-Tora” 7, “Yamina” 7, “Avoda-Qeşer” 6, Demokratik Düşərgə Partiyası 5 mandat qazanıb./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru