MƏMURUN EVİNDƏN 40 MİLYARD DOLLAR, 13,5 TON QIZIL ÇIXDI - VİDEO

26-09-2019, 17:59           
MƏMURUN EVİNDƏN 40 MİLYARD DOLLAR, 13,5 TON QIZIL ÇIXDI - VİDEO
ÇXR polisi, Qançjou şəhərinin keçmiş meri, 57 yaşlı Çjan Tsinin evində aparılan axtarışlar zamanı külli miqdarda pul və gizli zirzəmisindən 13,5 ton külçə qızıllar tapılıb. Virtualaz.org bildirir ki, bu barədə Çinin yerli KİV-ləri məlumat yayıb. Belə ki, Çjan Tsi Bələdiyyə sədri ilə yanaşı, digər səlahiyyətli vəzifələri icra edib. Xüsusilə də Kommunist Partiyasının katibi olub.
Qeyri-rəsmi məlumatlara görə, evdə qızıldan əlavə nağd pul 268 milyard yuan (40 milyard dollara yaxın) nəğd pul da tapılıb.
Çinin korrupsiyaya qarşı mübarizə Komitəsinin işçiləri keçmiş merin korrupsiya əməllərinin izinə onun ümumi sahəsi bir neçə min kvadratmetr olan dəbdəbəli mülklərini aşkar edəndən sonra düşüb. Şəhər rəhbəri bu mülkləri hansısa yolla xeyli müddət gizlədə bilibmiş.
Bildirilir ki, korrupsiya ilə mübarizə Komitəsinin peşəkar müstəntiqləri məmurun evindən tapılan 40 milyard dollara yaxın pulu və zirzəmidə xüsusi rəflərə yığılmış külçə qızılları görəndə şoka düşüblər. Çünki onlar indiyə qədər belə nəhəng korrupsiya faktının, bu məbləğdə pul və qızılın oğurlanmasının şahidi olmamışdı.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.