Xameneyi: "İran Avropadan ümidini üzməlidir"

27-09-2019, 07:43           
Xameneyi: "İran Avropadan ümidini üzməlidir"
İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi rəsmi veb səhifəsində Avropa ölkələrinin Birləşmiş Ştatların sanksiyalarına qarşı İrana yardım etmələrinin çətin və Tehranın bu mövzuda “bütün ümidlərindən əl çəkməli” olduğunu bildirib.

APA "voiceamerica"ya istinadla xəbər verir ki, Xameneyi əlavə edib ki, söz vermələrinə baxmayaraq, avropalılar praktiki olaraq ABŞ-ın sanksiyalarına riayət etdi və heç bir tədbir görmədi: "Bu o deməkdir ki, onlar İslam respublikası üçün gələcəkdə də heç bir şey etməyəcək. Buna görə də avropalılara olan bütün ümidlərdən vaz keçmək lazımdır".

O qeyd edib ki, Birləşmiş Ştatlar və İslam sisteminə qarşı olan bəzi Avropa ölkələrinə güvənməyə ehtiyac yoxdur, çünki onlar İran xalqına qarşı açıq şəkildə düşmənçilik edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru