Pompeo: “Əsəd rejimi İdlibdə kimyəvi qazdan istifadə edib”

27-09-2019, 07:44           
Pompeo: “Əsəd rejimi İdlibdə kimyəvi qazdan istifadə edib”
ABŞ Dövlət Katibi Mayk Pompeo Bəşər Əsəd rejiminin may ayında İdlibdə hücum zamanı kimyəvi silah istifadə etdiyini təsdiqlədiklərini açıqlayıb.

APA “Anadolu”ya istinadla xəbər verir ki, Əsəd rejimi saysız-hesabsız vəhşiliklərə görə məsuliyyət daşıyır, bunlardan bəziləri insanlığa qarşı cinayətlərdir.

May ayında Əsəd qüvvələrinin hücumunun əvvəlkilərdən fərqləndiyini diqqətə çatdıran Pompeo deyib ki, bu dəfə xlor qazından istifadə edilib.

O, həmçinin Trampın dünyanı kimyəvi silah istifadəsindən uzaq tutmaq üçün çox səy göstəriyini də söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.